Britaniya səfirliyi Azərbaycanı təbrik etdi

Britaniya səfirliyi Azərbaycanı təbrik etdi
  26 İyun 2020    Oxunub:3446
Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanı 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə diplomatik korpusun "Facebook" səhifəsində paylaşım edilib.

"Silahlı Qüvvələr Gününüz Mübarək! Böyük Britaniya Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrinə səmimi təbriklərini çatdırır.

Ölkələrimiz arasında güclü ikitərəfli münasibətləri inkişaf etdirməyə, həmçinin NATO vasitəsilə və çoxmillətli əməliyyatlar üzrə əməkdaşlıq etməyə davam edirik.

COVİD-19-un çətinliklərinə baxmayaraq, azərbaycanlı zabitlər güclü əlaqələri və qarşılıqlı anlaşmanı möhkəmləndirərək Böyük Britaniyada təlimlərə davam edirlər", -deyə təbrikdə vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan   Britaniya  





Xəbər lenti