Ermənistanda koronavirusa yoluxma sayı 23 mini keçdi

Ermənistanda koronavirusa yoluxma sayı 23 mini keçdi
  26 İyun 2020    Oxunub:2749
Ermənistanda son sutka ərzində daha 759 nəfər koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların sayı 23 247 nəfərə çatıb.

Son sutkada koronavirusdan 13 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin ümumi sayı 410 nəfər olub. İndiyədək 12 149 nəfər xəstəlikdən sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti