Qırğızıstanda məmurlar koronavirusa yoluxdu

Qırğızıstanda məmurlar koronavirusa yoluxdu
  26 İyun 2020    Oxunub:2528
Qırğızıstanda Prezident Aparatının 8 əməkdaşı koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, xəstəliyin xarakterini və ilk analiz zamanı şübhəli halları nəzərə alaraq, bütün işçilər yenidən testdən keçiriləcək. Bu səbəbdən hazırkı nəticələr dəyişə bilər.

Koronavirusa yoluxmuş dövlət işçiləri evdə təcrid olunmuş vəziyyətdə müalicə alacaqlar. Aparatın digər əməkdaşları evdən onlayn formada işə davam edirlər.

Bundan əvvəl Prezident Jeenbekov da koronavirus testdən keçib, nəticəsi mənfi olub. Hazırda o, özünütəcrid rejimində çalışır.

Xatırladaq ki, 24 iyun Qələbə paradında iştirak etmək üçün Moskvaya gedən Qırğızıstan Prezidenti nümayəndə heyətinin iki üzvündə koronavirus aşkarlandığı üçün tədbirdə iştirakdan imtina edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qırğızıstan   virus  





Xəbər lenti