Nur-Sultanda yenidən karantin sərtləşdirilir

Nur-Sultanda yenidən karantin sərtləşdirilir
  26 İyun 2020    Oxunub:2794
Qazaxıstanın paytaxtı Nur-Sultanda koronavirusun geniş yayılması ilə əlaqədar 27-28 iyun tarixlərində bir sıra tədbirlər yenidən sərtləşdiriləcək.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, həmin tarixdə insanların daha çox getdiyi məkanlar yenidən bağlanacaq, ictimai nəqliyyat isə işləməyəcək.

Ölkədə koronavirusa yoluxma sayının artacağı təqdirdə daha ciddi tədbirlərin görülməsi istisna edilmir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qazaxıstan   virus  





Xəbər lenti