Türkiyədə güclü zəlzələ olub

Türkiyədə güclü zəlzələ olub
  26 İyun 2020    Oxunub:2498
Türkiyənin Manisa vilayətinin Saruhanlı bölgəsində 5,5 bal gücündə zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Episentri 9,29 kilometr dərinlikdə olan yeraltı təkanlar İzmir, Bursa və digər ətraf bölgələrdə hiss edilib.

Əhali arasında böyük təşviş yaranıb. Dağıntı və xəsarətlər barədə hələlik məlumat yoxdur.

Azvision.az



Teqlər: Türkiyə  





Xəbər lenti