Armen Sarkisyan alçaldılmasına niyə susur?

Armen Sarkisyan alçaldılmasına niyə susur?
  26 İyun 2020    Oxunub:3301
Çoxları yəqin ki, Ermənistanın Böyük Britaniyadakı səfiri işləmiş fizika- riyaziyyat elmləri namizədi, şahzadə ilə dostluq edən, dünyanı görən Armen Sarkisyanın öz istəyi ilə Ermənistana gəlib "simvolik" bir prezident olmasına təəccüblənir. Tərcümeyi-halında Ermənistanın Prezidentidir, amma bu cür aşağılanmağa dəyərdimi?
Azvision.az xəbər verir ki, bu barədə “İrates” nəşri yazıb.

Məqalədə vurğulanır ki, Armen Sarkisyan iki il ərzində heç nə etmədi, yalnız daha çox tənqid qazandı.

“Nəyə görə Paşinyan hakimiyyətinin təkcə prezident Armen Sarkisyanı deyil, bütövlükdə bu institutun məhvinə səbəb olacaq fəaliyyəti onu narahat etmir? Prezidentin heç bir səlahiyyətinin olmaması, qərarlara təsir göstərə bilməməsi üçün artıq bir bəhanəsi yoxdur, çünki özü səlahiyyətlərinin azaldılması barədə bu yaxınlarda qanun imzaladı. Bu mənada onun danışacağı heç bir şey yoxdur.

Ən böyük sual - prezidentin niyə demək olar ki, həmişə siyasi çoxluğun istənilən mübahisəli qərarına hörmətlə yanaşması, özünün mövqeyinin olmamasıdır.

Heç kim ondan hazırkı hakimiyyətə qarşı müxalifətçi kimi hərəkət etməsini gözləmir, amma daxili siyasi məsələlərdən daima çəkinən Sarkisyan heç olmasa bəzən mübahisəli bir məsələ ilə bağlı fikir söyləməyi bacarmalıdır".

Nəşr qeyd edib ki, Armen Sarkisyanın susması suallar doğurur və şübhəli hala gəlir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Armen-Sarkisyan  





Xəbər lenti