Paşinyan 2 min nəfəri işdən qovmağa hazırlaşır

 Paşinyan 2 min nəfəri işdən qovmağa hazırlaşır
  26 İyun 2020    Oxunub:3141
Ermənistanın hüquq-mühafizə orqanlarına təkcə müxalifət qüvvələrinin nümayəndələrini deyil, həm də onlarla əlaqəli olan insanları nəzarət altına almaq, onların aktiv fəaliyyətinə mane olmaq və lazımı anda susdurmaları üçün dosyelərini yeniləmək göstərişi verilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Məlumata görə, bu çərçivədə xüsusilə dövlət qurumlarının əməkdaşları diqqət mərkəzində olacaq.

“Hakimiyyət bununla yeni "təmizlik" aparmaq istəyir. Müxalifətə edilən ümumi hücumun bir hissəsi olaraq, belə bəhanə ilə dövlət aparatına yenihücum ediləcəyi və çox sayda insanın işdən qovulacağı gözlənilir.

Əldə etdiyimiz məlumata görə, 2000-ə yaxın insan işdən qovulacaq. Təbii ki, bunların hamısı bir növ" keçmiş iqtidar"la əlaqədardır və ya "əvvəlki hakimiyyətin qalıqları"dır. Ancaq bu ştatların tamamilə ixtisar ediləcəyi, yaxud ixtisar adı ilə “arzuolunmayan şəxslərdən” yaxa qurtarmaq üçün bunun ediləcəyi hələ bilinmir", - deyə nəşr yazıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti