ABŞ-da bir gündə 40 minə yaxın insan koronavirusa yoluxub

 ABŞ-da bir gündə 40 minə yaxın insan koronavirusa yoluxub
  26 İyun 2020    Oxunub:2682
ABŞ-da son sutka ərzində yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 39 972 nəfər artaraq 2 422 312-yə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Universitetdən verilən məlumata görə, son 24 saatda 2425 xəstə COVID-19-dan vəfat edib.

Ölkədə pandemiya qurbanlarının ümumi sayı 124 415 nəfərdir. Bu günədək 663 mindən çox xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ConHopkinsUniversiteti  





Xəbər lenti