Harri və Meqan Markl özlərinə yeni iş tapdı

Harri və Meqan Markl özlərinə yeni iş tapdı
  26 İyun 2020    Oxunub:3016
Şahzadə Harri və Meqan Markl özlərinə yeni iş tapıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Nyu-Yorkdakı “Harry Walker Agency” ilə müqavilə imzalayıblar.

Cütlük konfranslarda və forumlarda iştirak edəcək, nitq söyləyəcəklər. Bunun müqabilində təxminən bir milyon dollar məvacib əldə edəcəklər.

Şahzadə Harri və Meqan Markl kral ailəsindən kənarda müstəqil həyata başlamaq üçün martın sonunda Kanadaya köçüblər. Ancaq ilk 12 ay sınaq müddəti hesab ediləcək. Beləliklə, 2021-ci ildə cütlük kral statuslarını bərpa edə, vəzifələrini yerinə yetirə bilərlər.

Xatırladaq ki, 1 apreldə şahzadə Harri və Meqan Marklın Britaniya kral ailəsinin üzvləri kimi fəaliyyətləri dayandırılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MeqanMarkl  





Xəbər lenti