Ermənistanda koronavirusa yoluxan deputatların sayı artdı

 Ermənistanda koronavirusa yoluxan deputatların sayı artdı
  26 İyun 2020    Oxunub:2855
Ermənistan parlamentinin "Mənim addımım" hakim blokunun fraksiya katibi Akob Simidyan və deputat Aren Mkrtçyan koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə parlamentin aparat rəhbərinin müavini Lilit Minasyan bildirib.

Onun sözlərinə görə, blokun daha bir deputatı Ovanes Ovanisyanın da qızdırması var, amma hələ testdən keçməyib.

Minasyan, həmçinin mətbuatdan “Çiçəklənən Ermənistan” parlament fraksiyasının katibi Arman Abovyan və deputat İveta Tonoyanın koronavirusa yoluxması barədə məlumat aldığını, lakin hələ özləri ilə danışmadığını deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti