Belarusda COVID-19-a yoluxma sayı 61 minə yaxınlaşır

Belarusda COVID-19-a yoluxma sayı 61 minə yaxınlaşır
  26 İyun 2020    Oxunub:2572
Belarusda son sutka ərzində 331 nəfər yeni növ koronavirusa yoluxub, ümumi yoluxma hallarının sayı 60 713-ə yüksəlib.
Azvision.az Belarusun Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, infeksiyanın yayıldığı dövr ərzində 373 nəfər ölüb.

Sağalan xəstələrin sayı 42 689 nəfər təşkil edir. İndiyədək 939 524 test aparılıb.

Xatırladaq ki, daha əvvəl ölkədə gündəlik yoluxma sayı 900-ü keçirdi, tədricən bu rəqəm azalmağa başlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti