Fransada koronavirusa yoluxma sayı yenidən artdı

Fransada koronavirusa yoluxma sayı yenidən artdı
  27 İyun 2020    Oxunub:3395
Fransada son sutka ərzində 26 nəfər koronavirus infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fransada pandemiya qurbanlarının sayı 29 778 nəfərə çatıb. Koronavirusa yoluxanların ümumi sayı 162 936-dır. Son sutkada 1588 yeni yoluxma aşkarlanıb.

Qeyd edək ki, əvvəlki günlərlə müqayisədə Fransada yoluxma sayında yenidən artım müşahidə edilir.

Azvision.az


Teqlər: Fransa   Koronavirus   Pandemiya  





Xəbər lenti