Özbəkistanda koronavirusa yoluxanların sayı artır

Özbəkistanda koronavirusa yoluxanların sayı artır
  27 İyun 2020    Oxunub:2772
Özbəkistanda son sutka ərzində daha 262 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Özbəkistan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu göstərici epidemiyanın başlamasından bəri qeydə alınan yeni rekorddur.

Ölkədə virusa yoluxanların ümumi sayı 7490 nəfərə çatıb. Onlardan 5038-i sağalıb, 20 nəfər həyatını itirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Özbəkistan   virus  





Xəbər lenti