Qırğızıstanda 700-dən çox tibb işçisində virus aşkarlandı

Qırğızıstanda 700-dən çox tibb işçisində virus aşkarlandı
  27 İyun 2020    Oxunub:3348
Qırğızıstanda koronavirusa 309 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, ölkədə pandemiyanın başlamasından bəri sutka ərzində müşahidə olunan ən böyük göstəricidir.

Qırğızıstanda virusa yoluxanların ümumi sayı 4513 nəfərə çatıb. Onlardan 712-si tibb işçisidir. İndiyədək 46 xəstə həyatını itirib, 2212 nəfər sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qırğızıstan   Koronavirus  





Xəbər lenti