Hindistanda yoluxma sayı daha 18,5 min artdı

Hindistanda yoluxma sayı daha 18,5 min artdı
  27 İyun 2020    Oxunub:3721
Hindistanda koronavirusa yoluxma hallarının sayı 18,5 min artaraq 508 953-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, virus aşkar edilən 295 880 nəfər sağalıb, 15 685 xəstə vəfat edib.

Hindistan yoluxma sayına görə, Böyük Britaniya, İtaliya və İspaniyanı qabaqlayaraq dünyada dördüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan   virus  





Xəbər lenti