Ukraynada bir gündə minə yaxın şəxs COVID-19-a yoluxdu

Ukraynada bir gündə minə yaxın şəxs COVID-19-a yoluxdu
  27 İyun 2020    Oxunub:2981
Ukraynada ötən gün 948 yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik və Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Şərqi Avropa ölkəsində qeydə alınmış yoluxma hallarının sayı 42 065-ə yüksəlib.

Ukraynada son 24 saatda pandemiya qurbanlarının sayı daha 24 nəfər artaraq 1110-a çatıb. Bundan başqa, indiyədək 18 701 xəstə virusdan sağalıb.

Azvision.az



Teqlər: Ukrayna   Koronavirus  





Xəbər lenti