Ermənistanda daha 662 nəfər koronavirusa yoluxdu

Ermənistanda daha 662 nəfər koronavirusa yoluxdu
  27 İyun 2020    Oxunub:2905
Ermənistanda son sutka ərzində daha 662 nəfər koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə infeksiyaya yoluxanların sayı 23 909 nəfərə çatıb.

Virusa yoluxma nəticəsində ölənlərin ümumi sayı 421 nəfərdir. İndiyədək 12 911 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   yoluxma  





Xəbər lenti