Ukraynanın 13 bölgəsində karantin gücləndirilir

Ukraynanın 13 bölgəsində karantin gücləndirilir
  27 İyun 2020    Oxunub:3871
Ukraynanın Səhiyyə naziri Maksim Stepanov bildirib ki, ölkənin 13 bölgəsində yeni koronavirus təhlükəsi ilə əlaqədar tətbiq edilən karantin rejimi gücləndiriləcək.
Azvision.az xəbər verir ki, həmin bölgələrdə koronavirusa yoluxanların sayında kəskin artım müşahidə edilir.

"Adaptiv karantin şəraitində bəzi ərazilərdə kəskin artım - yeni halların sayının artması, pisləşən dinamika, COVID-19-a yoluxan xəstələr üçün ayrılmış xəstəxanalardakı yataqların dolmasını gördük. Ölkəmizin 13 bölgəsində - qərb və Kiyev şəhərində sərt karantin rejiminə keçirilməlidir".

Qeyd edək ki, Kiyev vilayətində koronovirusun yayılmasının qarşısını almaq məqsədilə karantin rejimi yenidən sərtləşdirilib. İyunun 27-dən qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsi qadağan edilib və nəzarət tədbirləri gücləndirilib. Qərara əsasən, 10 nəfərə qədər insan sanitar qaydalara əməl edərək tədbir keçirə bilər.

Azvision.az


Teqlər: Ukrayna   Koronavirus  





Xəbər lenti