Qırğızıstan Prezident Aparatının 26 əməkdaşı virusa yoluxub

Qırğızıstan Prezident Aparatının 26 əməkdaşı virusa yoluxub
  28 İyun 2020    Oxunub:3805
Qırğızıstan Prezident Aparatının 26 əməkdaşında koronavirus aşkar edilib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanlar arasında Baş Nazirin müşaviri Artyom Novikov və hökumət sədrinin köməkçisi də var.

Prezident Aparatının bəzi əməkdaşları həkim nəzarətində ev karantininə göndərilib.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti