Türkiyədə koronavirusdan daha 17 nəfər ölüb

 Türkiyədə koronavirusdan daha 17 nəfər ölüb
  28 İyun 2020    Oxunub:4086
Türkiyədə son sutka ərzində 17 nəfər koronavirus infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, 1372 yeni yoluxma faktı qeydə alınıb. Bununla Türkiyədə pandemiya qurbanlarının sayı 5082, virusa yoluxanlar isə 195 883 nəfərə çatıb.

Türkiyədə indiyədək 169 182 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti