Polşada prezident seçkiləri keçirilir

Polşada prezident seçkiləri keçirilir
  28 İyun 2020    Oxunub:2581
Bu gün Polşada növbəti dəfə prezident seçkiləri keçirilir.
Azvision.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da başlayıb 21:00-dək davam edəcək.

Ölkə vətəndaşlarının seçkidə iştirak etməsi üçün 27 230 məntəqə fəaliyyətə başlayıb. Prezidentlik postu uğrunda 11 namizəd mübarizə aparır. Hazırkı dövlət başçısı Andjey Duda namizədlər sırasındadır.

Ümumilikdə 30 milyondan artıq Polşa vətəndaşı səsvermə hüququna malikdir. Onlardan 387-si ölkə xaricində səs verəcək.

Azvision.az


Teqlər: Polşa   Seçki  





Xəbər lenti