Hindistanda rekord sayda yoluxma qeydə alındı

Hindistanda rekord sayda yoluxma qeydə alındı
  28 İyun 2020    Oxunub:2944
Hindistanda son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 19 min 906 nəfər artıb, daha 410 xəstə dünyasını dəyişib.
Azvision.az xəbər ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyindən bildirilib.

Məlumata görə, Hindistanda ümumi yoluxma hallarının sayı 528 min 859-a çatıb. İndiyədək 16 min 95 nəfər virusdan ölüb.

Hindistan yoluxma hallarının sayına görə Böyük Britaniya, İtaliya və İspaniyanı qabaqlayaraq dünyada 4-cü yerə yüksəlib.

Azvision.az


Teqlər: Hindistan   Koronavirus   Pandemiya  





Xəbər lenti