İranda maska taxmaq məcburi oldu

İranda maska taxmaq məcburi oldu
  28 İyun 2020    Oxunub:2940
İranda Səhiyyə Nazirliyinin müəyyənləşdirdiyi ictimai yerlərdə və qapalı məkanlarda tibbi maskadan istifadə zəruridir.
Azvision.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Koronavirusla Mübarizə Milli Komitəsinin iclasında deyib.

Ruhani qeyd edib ki, izdihamın olduğu yerlərdə maska taxmaq vacibdir. Onun sözlərinə görə, iyulun 5-dən 21-dək tibbi maskadan istifadə məcburi olacaq. Lazım gələrsə, bu müddət uzadılacaq.

Azvision.az


Teqlər: İran   Maska  





Xəbər lenti