Almaniyada koronavirusa yoluxma sayı 194 minə çatır

Almaniyada koronavirusa yoluxma sayı 194 minə çatır
  29 İyun 2020    Oxunub:2071
Almaniyada son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 262 nəfər artaraq 193 761-ə yüksəlib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nəzdində COVID-19 xəstəliyi ilə bağlı statistika aparan Robert Kox İnstitutu məlumat yayıb.

Bir gündə virusa yoluxmuş dörd nəfər vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 8961 nəfərə çatıb.

İndiyədək təxminən 178,1 min xəstə sağalıb.

Ən çox yoluxma faktı Bavariya (48 344), Şimali Reyn-Vestfaliya (42 869) və Baden-Vürttemberq (35 530) bölgələrində aşkar edilib. Berlindəvirusa yoluxanların sayı 8176 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti