Erməni qadın Strasburqun meri seçildi

Erməni qadın Strasburqun meri seçildi
  29 İyun 2020    Oxunub:1978
Erməni mənşəli fransız siyasətçi, ekoloq Janna Barseqyan Strasburqun (Fransa) meri seçilib.
Azvision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, 28 iyunda Strasburqda bələdiyyə seçkilərində səsvermənin ikinci turu baş tutub.

İlkin nəticələrə əsasən, 39 yaşlı Barseqyan 42,5% səs toplayıb. O, rəqibləri – Alena Fontanel (34.95%) və Ketrin Trautmanı (23.33%) qabaqlayıb.

Xatırladaq ki, mart ayında Barseqyan 27,78% səs toplayaraq seçkilərin ilk turunda qalib gəlib.

Yeri gəlmişkən, ilk turdan əvvəl Fontanel (Prezident Emmanuel Makronun partiyasından) favorit hesab olunurdu, lakin sonra təşəbbüs Barseqyana keçib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: JannaBarseqyan  





Xəbər lenti