Çində son sutkada 12 yoluxma qeydə alınıb

Çində son sutkada 12 yoluxma qeydə alınıb
  29 İyun 2020    Oxunub:1810
Çində son sutka ərzində koronavirusa 12 yeni yoluxma qeydə alınıb, daha altı asimptomatik daşıyıcı aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

12 yeni yoluxmanın 7-si paytaxt Pekində aşkarlanıb, digərləri ölkəyə idxal olunub.

Xatırladaq ki, Pekində virusa yoluxma “Sinfadi” topdansatış bazarından yayılmağa başlayıb. Bundan sonra, iyunun 13-də bazar bağlanıb. Ümumilikdə, 11 iyundan bəri şəhərdə 318 nəfər koronavirusa yoluxub, 26 asimptomatik daşıyıcı tibbi nəzarətə alınıb.

İndiyədək Çində 83 512 nəfərdə koronavirus infeksiyası aşkar edilib, 78 450 xəstə sağalıb, 418 nəfər hazırda xəstəxanalarda müalicə alır, 4634 pasiyent dünyasını dəyişib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin  





Xəbər lenti