Koronavirus onu dayandırmağı bacarana qədər həyatımızda olmağa davam edəcək. Bunu başa düşməliyik.
Azvision.az -ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmançı deyib. Onun sözlərinə görə, qarşımızda çox uzun bir yol var:
"Xoşumuza gəlməyən, öyrəşmədiyimiz, bizim üçün çətin olacaq işləri görmək məcburiyyətində olacağımız aylar var. Başqa bir qısa yolu yoxdur. Hər kəs sosial məsafəni qoruyub saxlasın, əllərini yusun, maska taxsın. Tibb işçiləri, test edin, özünüzü təcrid edin, təmaslarınıza diqqət edin. Yalnız bu şəkildə özümüzü və yaxınlarımızı qoruya bilərik".
Aytən Zəhra
Azvision.az