Ermənistanda koronavirusa yoluxma sayı 25 mini ötdü

 Ermənistanda koronavirusa yoluxma sayı 25 mini ötdü
  29 İyun 2020    Oxunub:1865
Son sutka ərzində Ermənistanda daha 482 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 25 min 127 nəfərə çatıb.

Ötən gün virusa yoluxan 7 xəstə ölüb, bununla pandemiya qurbanlarının sayı 433 nəfər olub.

Koronavirusa yoluxanlar arasında digər səbəblərdən ölənlərin sayı 143 nəfər göstərilir. İndiyədək 13297 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti