Pakistan Fond birjasına hücum edilib, ölənlər var

 Pakistan Fond birjasına hücum edilib,  ölənlər var
  29 İyun 2020    Oxunub:2905
Karaçidə silahlı şəxslər Pakistan Fond birjasına hücum edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında silahlı şəxslər birja binasının girişinə əl qumbarası atıb, daha sonra atəş açıblar.

Polislə atışmadan sonra həmin şəxslər öldürülüb və onların üzərindən odlu silahlar, qumbaralar götürülüb.

İnsanlar birja binasının arxa qapısından çıxarılıb. Hücum nəticəsində polis əməkdaşları da daxil olmaqla 7 nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıb.

Həmçinin ölən 5 nəfərin meyiti xəstəxanaya aparılıb. Ölənlər arasında bir təhlükəsizlik işçisi də var. Məlumata görə, ən azı iki mülki şəxs həlak olub.

BBC bildirir ki, hücum edənlərin neçə nəfər olduğu və hansı təşkilatı təmsil etdikləri hələlik məlum deyil.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Karaçi  





Xəbər lenti