Çin ABŞ rəsmilərinə viza qadağası qoydu

 Çin ABŞ rəsmilərinə viza qadağası qoydu
  29 İyun 2020    Oxunub:2641
Çin Honkonqla bağlı məsələyə müdaxilə edən amerikalılara viza məhdudiyyətləri tətbiq etmək qərarına gəlib.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Lijian bildirib.

Bundan əvvəl, ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonun Çin Kommunist Partiyası rəsmilərinə "Honkonqun muxtariyyətini məhdudlaşdırması və insan hüquqlarını pozduğuna görə" viza məhdudiyyətləri tətbiq etdiyini açıqlayıb.

“Əlbəttə ki, bu yeni bir tədbirdir. Honkonq məsələsində pis niyyəti olan Amerika rəsmilərinə viza məhdudiyyətləri tətbiq etmək qərarına gəldik", - deyə Lijian vurğulayıb.

Hansı məmurların buna məruz qalacağını gəlincə, XİN rəsmisi "özləri instinktiv olaraq bilirlər” cavabını verib.

O, Honkonqun Milli təhlükəsizlik qanununun yalnız Çinin daxili siyasətinə aid olduğunu və heç kimin bu məsələyə müdaxilə etməyə haqqı çatmadığını vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ÇjaoLijian  





Xəbər lenti