Ermənistanda yüzə yaxın siyasi fəal aksiya keçirdi

Ermənistanda yüzə yaxın siyasi fəal aksiya keçirdi
  29 İyun 2020    Oxunub:2759
Ermənistanda yüzə yaxın fəal, Respublika partiyası gənclər təşkilatının nümayəndələri küçələrdə yürüş edərək, ATƏT ölkələrinin diplomatik nümayəndəliklərinə, həmçinin Avropa İttifaqının səfirinə məktublar təqdim ediblər.
Azvision.az xəbər verir ki, aksiyanın təşəbbüskarı olan Respublika partiyası gənclər təşkilatının rəhbəri Ayk Mamicanyan məktublarda ölkədəki mühit, xüsusən Konstitusiya Məhkəməsi ətrafındakı vəziyyətin təsvir olunduğunu deyib.

"Məktubumuzda vəziyyəti hüquqi və siyasi baxımdan izah etdik".

O, Avropa İttifaqının Ermənistandakı səfiri Andrea Viktorinin susqunluğuna təəccübləndiklərini əlavə edib: "Belə bir təəssürat yaranır ki, Avropa strukturları ya baş verənlərlə həmrəydirlər, ya da sadəcə susurlar".

Erməni fəal düşünür ki, küçə mitinqlərinin qarşısını almaq üçün ölkədə fövqəladə vəziyyət rejimi uzadılır.

Mamicanyan keçirdikləri etiraz aksiyası ilə Paşinyanın dərhal katolikos olmayacağını göstərmək istədiklərini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AykMamicanyan  





Xəbər lenti