Rusiyada kinoteatrlar açılır

Rusiyada kinoteatrlar açılır
  29 İyun 2020    Oxunub:2820
Rusiyada kinoteatrlar iyulun 15-dən öz işini bərpa edəcək.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər veirir ki, bu barədə Baş Nazirin müavini Dmitri Çernışenko deyib.

"Başqa bir yaxşı xəbər kinoteatrların 15 iyulda açılmasıdır", - deyə Çernışenko Rusiyanın Baş Naziri Mixail Mişustinlə görüşdə bildirib.

Xatırladaq ki, Rusiyada koronavirusun yayılması ilə əlaqədar martın 23-dən kinoteatrlar fəaliyyətini dayandırıb. Bənzər məhdudiyyətlər muzey, teatr, filarmoniya, sirklərə və digər təşkilatlara da tətbiq edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DmitriÇernışenko  





Xəbər lenti