ABŞ-da 40 minə yaxın yeni yoluxma aşkarlandı

ABŞ-da 40 minə yaxın yeni yoluxma aşkarlandı
  29 İyun 2020    Oxunub:2855
ABŞ-da son 24 saat ərzində yeni növ koronavirusa 38 min 845 yoluxma aşkarlanıb, 264 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Con Hopkins Universiteti məlumat yayıb.

ABŞ-da indiyədək 2 milyon 549 min 69 nəfər koronavirusa yoluxub, 125 min 803 xəstə virusdan dünyasını dəyişib. COVID-19 infeksiyasından sağalanların sayı 685 min nəfərdən çoxdur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti