Bir sıra elektrik qatarlarının hərəkəti dayandırılır

Bir sıra elektrik qatarlarının hərəkəti dayandırılır
  29 İyun 2020    Oxunub:2552
"Azərbaycan Dəmir Yolları" QSC sərnişin sayının azalması ilə əlaqədar 30 iyun 2020-ci il tarixdən etibarən Abşeron Dairəvi dəmir yolu xətti üzrə bir sıra elektrik qatarların hərəkəti müvəqqəti olaraq dayandırılır.
QSC-dən Azvision.az -a verilən məlumata görə, nəticədə Bakıdan saat 16:20-də yola düşən 6609 Bakı-Pirşağı-Sumqayıt, Bakıdan saat 18:55-də yola düşən 6021 Bakı-Xırdalan-Sumqayıt, Sumqayıtdan saat 17:13-də yola düşən 6018 Sumqayıt-Xırdalan-Bakı və Sumqayıtdan saat 20:43-də yola düşən 6030 Sumqayıt-Xırdalan-Bakı qatarlarının hərəkətləri müvəqqəti dayandırılır.

Azvision.az


Teqlər: ADY   Qatar  





Xəbər lenti