Sabiq Baş Nazir və xanımı azadlıqdan məhrum edildi

Sabiq Baş Nazir və xanımı azadlıqdan məhrum edildi
  29 İyun 2020    Oxunub:2630
Paris məhkəməsi Fransanın keçmiş Baş Naziri Francois Fillonu 3 ili şərti olmaqla, 5 il müddətinə azadlıqdan məhrum edib.
Azvision.az xəbər verir ki, məhkəmə Fillonu dövlət vəsaitlərinin mənimsənilməsində və saxtakarlıqda günahkar bilib.

Onun həyat yoldaşı Penelopa da dövlət vəsaitlərinin mənimsənilməsində və gizlədilməsində təqsirli hesab olunub. Bu səbəbdən keçmiş Baş Nazirin xanımı sınaq şərti ilə üç il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2017-ci il prezident seçkiləri dövründə Fillon və yaxınları arasında qalmaqal yaşanıb. Fransa mətbuatı keçmiş Baş Nazirin həyat yoldaşına uydurma parlament köməkçisi kimi səkkiz il maaş verildiyi yazıb. O, buna görə 1 milyon avro vəsait ödəyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa   Məhkəmə  





Xəbər lenti