Rusiyada işsizlərin sayı artıb

Rusiyada işsizlərin sayı artıb
  29 İyun 2020    Oxunub:2913
Rusiyada aprel ayından bəri işsizlərin sayı artıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Baş Nazir Mixail Mişustin deyib.

Onun sözlərinə görə, rəsmi qeydiyyata alınan işsizlərin sayı aprelin 1-dən indiyədək 3,5 dəfədən çox artıb.

Bununla yanaşı, hökumət başçısı vurğulayb ki, işsizliyin kəskin artmasının qarşısını almaq mümkün olub.

"Əmək Nazirliyinin məlumatlarına görə, işsizliyin kəskin, partlayışlı bir şəkildə artmasının qarşısı alınıb", - deyə Mişustin qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MixailMişustin  





Xəbər lenti