Qazaxıstan karantin rejimini sərtləşdirir

 Qazaxıstan karantin rejimini sərtləşdirir
  29 İyun 2020    Oxunub:2920
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə iki gün ərzində ölkədə sərt karantin rejiminin tətbiqi ilə bağlı təkliflər hazırlamağı tapşırıb.
Azvision.az xəbər verir ki, bu barədə Tokayev hökumətin iclasında bildirib.

Bundan əlavə, Qazaxıstan Prezidenti hökumətə və bölgə rəhbərlərinə çarpayıların sayını artırmaq və ölkədə dərman çatışmazlığını aradan qaldırmaq barədə göstəriş verib.

"İyul ayının sonuna qədər pandemiyanın ikinci dalğasının başlamasını nəzərə alaraq, xəstəxanalarda çarpayıların sayını 50% artırmağı tapşırıram. Bunun üçün özəl və dövlət tibb mərkəzlərinin bütün ehtiyatlarından istifadə edilməlidir. Hökumət dərmanlarla təminatı beş günə həll etməlidir".

Tokayev deyib ki, bu, hələ də peyvəndi olmayan təhlükəli xəstəlikdir. Ancaq panikaya düşməməli, üstəlik qanunsuz hərəkətlərə yol verməməli, həkimləri təhqir etməməli və sanitar rejim pozulmamalıdır.

“Sizdən xahiş edirəm, Səhiyyə Nazirliyinin və sanitar həkimlərin tövsiyələrini və tələblərini yerinə yetirəsiniz. Bütün səylərimiz ölkəmizin əsas sərvətini - Qazaxıstan Respublikası vətəndaşlarının həyatı və sağlamlığını qorumağa yönəldilib", - deyə dövlət başçıs xalqa müraciət edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan  





Xəbər lenti