Zelenskinin reytinqi azalıb

Zelenskinin reytinqi azalıb
  29 İyun 2020    Oxunub:2631
Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun apardığı aylıq sorğunun nəticələrinə görə, Ukrayna Prezidenti Vladimir Zelenskinin reytinqi 9% azalıb.
Azvision.az xəbər verir ki, bu ilin iyun ayının sorğusuna görə, Zelenskinin fəaliyyətini dəstəkləyənlər 38, (dəstəkləməyənlər 45 faiz) təşkil edib, may ayında bu göstərici 47% (dəstəkləməyənlər 37 faiz) qeydə alınıb.

Son bir ildə ilk dəfədir ki, Zelenskinin hərəkətlərini və bəyanatlarını dəstəkləməyənlərin faiz göstəricisi yüksək olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti