Tsarukyanın oğlu koronavirusa yoluxub

Tsarukyanın oğlu koronavirusa yoluxub
  29 İyun 2020    Oxunub:2755
“Çiçəklənən Ermənistan” partiyasının lideri, iş adamı, barəsində cinayət işi açılmış Qaqik Tsarukyanın oğlu Niver Tsarukyan dindirilmək üçün istintaq orqanına çağırılıb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, vəkili onun səhhətində problem olduğunu və sorğu-sualda iştirak edə bilməyəcəyini deyib.

Məlumata görə, Nver Tsarukyan koronavirusa yoluxub.

Xatırladaq ki, Q.Tsarukyanın bu yaxınlarda parlament toxunulmazlığı ləğv edilib və barəsində cinayət işi açılıb. O, seçiciləri rüşvətlə ələ almaqda, vergidən yayınmaqda, mənimsəmədə ittiham olunur. Oğlu həmin iş üzrə dindirilməyə çağırılıb.

Partiya lideri isə bunu siyasi sifariş adlandırır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: QaqikTsarukyan  





Xəbər lenti