Pandemiya qurbanlarının sayı 505 mini ötüb

   Pandemiya qurbanlarının sayı 505 mini ötüb
  30 İyun 2020    Oxunub:3646
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların və ölənlərin sayı artıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, hazırda virusa yoluxma sayı 10 milyon 317 min 504 nəfər, pandemiya qurbanlarının sayı isə 505 min 788 nəfərdir.

İndiyədək 5 milyon 591 min 980 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemiya 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Pandemiya   Koronavirus  





Xəbər lenti