​Çin parlamenti Honkonqla bağlı qanunu qəbul edib

  30 İyun 2020    Oxunub : 1066
​Çin parlamenti Honkonqla bağlı qanunu qəbul edib
Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsi (ən yüksək qanunverici orqan) Honkonqda milli təhlükəsizliyin təmin edilməsi haqqında qanun layihəsi qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə “The South China Morning Post” məlumat yayıb.

Sənəd iyulun 1-də - keçmiş Britaniya anklavının Çinin suverenliyinə keçməsinin 23-cü ildönümündə qüvvəyə minəcək. Komitənin 162 üzvünün hər biri qanun layihəsinin lehinə səs verib.

Bu qanun Honkonqda milli təhlükəsizliyə təhdid yaradan hərəkətlərin qarşısını almaq və cəzalandırma tədbirləri həyata keçirmək məqsədi daşıyır. İlkin məlumata görə, ən ciddi cəza tədbiri kimi ömürlük həbs nəzərdə tutulub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Çin