Almaniyada COVID-19-dan ölüm sayı artıb

Almaniyada COVID-19-dan ölüm sayı artıb
  30 İyun 2020    Oxunub:1852
Almaniyada son sutka ərzində 498 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nəzdində COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu məlumat yayıb.

Almaniyada koronavirusa yoluxanların ümumi sayı 194 259 nəfərdir. Son bir gündə xəstəlikdən 12 nəfər ölüb. Bununla da pandemiya qurbanlarının sayı 8973-ə çatıb. 179,1 minə yaxın xəstə sağalıb.

Ən çox yoluxma Bavariya (48 400), Şimali Reyn-Vestfaliya (43 066) və Baden-Vürttemberq (35 620) bölgələrində aşkar edilib. Berlində indiyədək 8220 yoluxma qeydə alınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti