Hindistanda gündə minlərlə insan virusa yoluxur

Hindistanda gündə minlərlə insan virusa yoluxur
  30 İyun 2020    Oxunub:2188
Hindistanda koronavirusa yoluxanların sayı 18,5 min nəfər artaraq 566 840-a çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, virus aşkar edilən 334 821 nəfər sağalıb, 16 893 xəstə vəfat edib.

Hindistan yoluxma sayına görə, Böyük Britaniya, İtaliya və İspaniyanı qabaqlayaraq dünyada dördüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan   virus  





Xəbər lenti