Makron Paşinyana 80 milyon avro kredit təklif edib
Fransa lideri koronavirusla mübarizədə Ermənistana kömək göstərməyə hazır olduğunu qeyd edib.
Onun sözlərinə görə, Fransa və Ermənistan sosial, səhiyyə, iqtisadiyyat sahələrində ciddi problemlərlə üzləşiblər.
"Yaxın günlərdə artıq işləyən qrupu əvəz etmək üçün Ermənistana yeni könüllü həkim heyəti göndəriləcək. İqtisadiyyata gəlincə, Fransız İnkişaf Agentliyi vasitəsi ilə Ermənistana digər kreditlərlə birlikdə böhrana tab gətirməyə kömək edəcək 50-80 milyon avro məbləğində kredit verilməsinə baxmağa hazırıq", - deyə Makron qeyd edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Fransa