"Qazprom Ermənistan" maaşları azaltdı, işçilər ixtisar olunur

"Qazprom Ermənistan" maaşları azaltdı, işçilər ixtisar olunur
  30 İyun 2020    Oxunub:2671
“Qazprom Ermənistan" şirkəti işçilərin əmək haqqını 20 faiz azaldıb.
Azvision.az “Past” nəşrinə istinadən xəbər verir ki, bu hadisə işçilər arasında böyük narazılığa səbəb olub.

“Qazprom Ermənistan" QSC-nin İdarə Heyətinin sədri Qrant Tadevosyan on gün əvvəl 1000 əməkdaşı ixtisar etmək məcburiyyətində qalacağını bildirmişdi.

Onun sözlərinə görə, ixtisarların səbəbi Dövlət Xidmətlərinin Tənzimləmə Komissiyasının yeni təsdiq etdiyi tariflər olub. Tadevosyan deyib ki, ixtisarlara əlavə olaraq, əmək haqlarının azalması da gözlənilir.

Şirkət artıq bütün işçilərini əmək müqaviləsinin xüsusi versiyasını imzalamağa məcbur edib, buna əsasən onlar maaşların 20 faiz azaldılmasına razılıq veriblər. Bununla belə işçilər arasında ciddi narazılıq yaşanır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: QazpromErmənistan  





Xəbər lenti