Paşinyanı dəstəkləyən 8 deputat virusa yoluxub

Paşinyanı dəstəkləyən 8 deputat virusa yoluxub
  30 İyun 2020    Oxunub:2849
Ermənistanın hakim "Mənim addımım" blokunun səkkiz deputatı koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu gün daha bir deputatın - Lilit Stepanyanın COVID-19 testi müsbət çıxıb.

Bundan əlavə, hakim blokdan Ayk Qevorqyan, Kristine Poqosyan, Viktor Yenqibaryan, Akob Simidyan (fraksiya katibi), Karen Ambartsumyan, Tsovinar Martirosyan və Aren Mkrtçyan koronavirusa yoluxublar.

Xatırladaq ki, parlamentdəki digər siyasi qüvvələrin deputatları arasında da virusa yoluxanlar var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Mənimaddımım  





Xəbər lenti