Rusiyanın tanınmış aktyoru 11-ci mərtəbədən yıxılaraq ölüb

  30 İyun 2020    Oxunub : 2623
Rusiyanın tanınmış aktyoru 11-ci mərtəbədən yıxılaraq ölüb
Rusiyanın məşhur aktyoru Maksim Parfenov bu gün səhər saatlarında Moskvadakı mənzilinin pəncərəsindən yerə yıxılıb.
Azvision.az xəbər verir ki, hadisə yerinə gələn həkimlər 40 yaşlı sənətçinin öldüyünü müəyyən ediblər.

Bildirilib ki, aktyorun ölümünə səbəb yaşayış binasının 11-ci mərtəbəsindən yıxılması nəticəsində aldığı ağır xəsarətlər olub.

Polis hadisə ilə bağlı araşdırma aparır. Sənətçinin yaxınları onun şəxsi həyatında xoşbəxt olduğunu deyiblər. Buna baxmayaraq, intihar versiyası da araşdırılır.

Aktyorun dostlarının dediyinə görə, bu, bədbəxt hadisə ola bilər.

Qeyd edək ki, Maksim Parfenov iyulun 2-də dəfn olunacaq. O, İqor Moiseyevin Xalq Rəqs Ansamblında çıxış edib, xoreoqraf işləyib, həmçinin film və seriallarda çəkilib. Daha çox "İntuisiya" serialı ilə məşhurluq qazanıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: MaksimParfenov