Azərbaycan COVID-19-a qarşı İtaliya ilə əməkdaşlığa başladı

 Azərbaycan COVID-19-a qarşı İtaliya ilə əməkdaşlığa başladı
  30 İyun 2020    Oxunub:2933
Azərbaycan və İtaliya arasında yeni növ koronavirusla (COVID-19) mübarizə çərçivəsində yüksək səviyyədə əməkdaşlıq başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin "Twitter" səhifəsində məlumat paylaşılıb.

“İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari ilə Səhiyyə naziri Oqtay Şirəliyev arasında keçirilən görüşdən bir neçə gün sonra İtaliyanın İnfeksion Xəstəliklər üzrə Milli İnstitutunun direktoru Cüzeppe İppolito və koronavirusla mübarizədə Azərbaycanın aparıcı mütəxəssisləri arasında əməkdaşlıq başlayıb. Hamının xeyri üçün ən yaxşı İtaliya təcrübəsi”, - deyə məlumatda qeyd olunub.





Pərvanə Sultanova
Azvision.az


Teqlər: İtaliya  





Xəbər lenti