Parisdə tibb işçiləri nümayiş keçirir

Parisdə tibb işçiləri nümayiş keçirir
  30 İyun 2020    Oxunub:2297
Parisdə səhiyyə sistemi üçün əlavə maliyyələşdirmə tələbləri ilə tibb işçilərinin nümayişi keçirilir.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, nümayişçilər Səhiyyə Nazirliyinin yerləşdiyi Pier Larok Meydanına doğru yürüşə başlayıb.

Aksiyaya ən böyük fransız həmkarlar ittifaqları qoşulub. Etirazlar dinc olsa da, təhlükəsizliyi təmin etmək üçün çox sayda polis və jandarma səfərbər edilib.

Parisdən əlavə nümayiş Fransanın bir sıra digər şəhərlərində də keçirilir.

İki həftə əvvəl, 16 iyunda eyni tələblərlə tibb işçilərinin aksiyası keçirilib. Daha sonra iğtişaşa çevrilən aksiyada 30-dan çox şəxs saxlanılıb.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, nümayişdə 18 min nəfər iştirak edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Paris  





Xəbər lenti