Tehranda partlayış nəticəsində 13 nəfər ölüb

Tehranda partlayış nəticəsində 13 nəfər ölüb
  01 İyul 2020    Oxunub:2379
İranın paytaxtı Tehranda güclü partlayış olub.
Azvision.az xəbər verir ki, hadisə şəhərin şimalında yerləşən klinikalardan birində baş verib. Partlayış nəticəsində 13 nəfər həlak olub, daha 6 nəfər isə yaralanıb. Ölənlərdən 10 nəfəri qadın, 3-ü kişidir.

Əraziyə xilasedici briqadalar və yanğınsöndürənlər cəlb edilib. Hadisənin səbəbləri araşdırılır.

Azvision.az


Teqlər: İran   Tehran   Partlayış  





Xəbər lenti